пятница, 2 мая 2008 г.


Sən mənim qəlbimdə bülbültək qonaq,
Güllər solsa da bülbül qalacaq,
Yenə yaz gələcək güllər açacaq,
Yalnız şux bülbülüm sən olacaqsan.
15 yanvar 2008-ci il.

İstərəm
Yenidən səninlə xəlvət görüşüb,
O həzin qoxunu almaq istərəm.
Gözəl gözlərinə doyunca baxıb,
Ömürlük səninlə qalmaq istərəm.

İstərəm,istərəm,səni istərəm,
Sən səslə yanına mən tez gələrəm.

Gələrəm görüşə səni görməkçün,
İsti sözlərini birdə duymaqçün,
Əgər səni sevmək böyük günahsa,
Səninçün həyatda ölmək istərəm.

Bilsəm ki,səsləsəm sən tez gələrsən,
Dünyaya hay çəkib səni səslərəm.

Həyatda qalmaqçün tək səbəbimsən,
Sənsiz mən ölməyi hər an istərəm.
Bilsəm ki,xəstəsən məni istirsən,
Mələklə dərmanın özüm gələrəm.

Gələrəm dərmanın özüm olaram,
Təki sən üzülmə sənlə qalaram.
Bilsəm ki,dərmanın mənim canımdır,
Tərəddüd etmədən qurban gedərəm.

Söylərəm dənizdə səni sevirəm,
Dənizin sahili sevdiyi kimi.
Təki sən sahil ol dənizi istə,
Dəniz\tək qəlbinə ləpə sərərəm.

Dənizəm dalğamın səs-küyü şeir,
Şeirlər ünvana çatmaq istəyir.
Öz sahilin tapıb doyunca görüb,
Ürəkdən onunla ölmək istəyir.
13 oktyabr 2007-ci il.




Sən olacaqsan
Ürəyim darıxır hey sənin üçün,
Gözlərim tələsir səni görməkçün,
Çox təəssüf xəyallar olmayacaq çin,
Bu qəlbim həmişə səni sevəcək.

Sevəcəm hər zaman,hər zaman səni,
İstəyim,tək arzum sən olacaqsan.
Qəlblərin dərmanı olsam da gülüm,
Qəlbimin dərmanı sən olacaqsan.

Sevginlə yaşayıb həyat sürmüşəm,
Səninlə sevməyi mən öyrənmişəm,
Bir damla sevgini dəniz bilmişəm,
Sevgimin sultanı sən olacaqsan.

Sevəcəm hər zaman bilki mən səni,
Bu sevən ürəyim durana kimi.
Həyatda gülşənim solana kimi,
Yaşama səbəbim sən olacaqsan.
11 oktyabr 2007-ci il



Qəlb arzusu
Bir ağ göyərçin olub,
Mavi səmada uçsam.
Könülləri oxşasam,
Hər şeydən uzaq olsam.

Uçan kəpənək olub,
Çiçəkləri qoxlasam.
Çəmən-çəmən hey uçub,
Dərələri bir aşsam.


Parlayan ulduz olsam,
Kainatda parlasam.
Bütün dərddən əzabdan,
Bircə qaçıb qurtulsam.

Bir azad insan olsam,
İstədiyimi etsəm.
Arzulara çatsam,
Yeni xəyallar qursam.

Hər gün yeni xəyalla,
Nurlu bir sabah açsam.
Bütün dərddən əzabdan,
Bircə qaçıb qurtulsam.

İstədiklərim olsa,
Həyat necə şən olar.
Hamı xoşbəxt dolanar,
Bu ürək rahat olar.
1 sentyabr 2007-ci il

İnsan
Həm amansız,həm xeyirxah,
Bir möcüzədir insan.
Həm yaradır,həm dağıdır,
Bəzən bir cisimdir insan.

İnsanlar çox müxtəlifdir,
Həm sadə,həm mürəkkəb.
Sonsuz uzun yolla gedən,
Qoca sərvandır insan.

Həm kamil,həm nikbin,
Bəzən sakit,bəzən hirsgin,
Həm ağıllı və ya dəli,
Açılmamış sirdir insan.

Hirslənərkən vurur-yıxır,
Sakitikən qəlblər yaxır,
Gah dayanır,coşur-qaçır,
Sonsuz bir dənizdir insan.

Gözəlliklərin səbəbi,
Möcüzələrin məskəni,
Gələcəyin,gələcəyi,
Sonsuz kainatdır insan.

Hansı tərifi verək ki,
Bu insana aid olsun.
Nə söyləsək yenə azdır,
Vahid aksiomdur insan.
19 avqust 2007- ci il

четверг, 1 мая 2008 г.


Kaş ki,...
Kaş ki,səni görməyəydim,
Kaş ki,aşiq olmayaydım,
Kaş ki,səni sevməyəydim,
Bunlar olmayaydı kaş ki,...

İlk dəfə səni görərkən,
Sanki yenidən doğuldum,
Görüb səni aşiq oldum,
Aşiq olmayaydım kaş ki,...

Kaş ki,kaş ki,kaş ki,
Kaş kilər heç zaman bitmir.
Həyat insanı sevdirir,
Sevgi olmayaydı kaş ki,...

Kaş ki,azad olaydım mən,
Dənizdəki balığlar tək.
Kaş ki,sevə biləydim mən,
Günah olmayaydı gərək.

Həyat kaş kilərlə bitir,
İnsan sonsuz yolla gedir,
Yol yarıda sona yetir,
Bu yol olmayaydı kaş ki,...

Ürək çırpınır quş tək,
Bu ömrün qədrini bilək,
Biz yerində deyək-gülək,
Sonra deməyək kaş ki,...

Bununla sözümü edirəm tamam,
Bu sonsuz dünyaya böyük ehtiram.
Faustlardan başqa bizimlə qalan,
Xoşbəxtlik olaydı xatirə kaş ki,...
16 avqust 2007- ci il.

Kaş ki,...
Kaş ki,səni görməyəydim,
Kaş ki,aşiq olmayaydım,
Kaş ki,səni sevməyəydim,
Bunlar olmayaydı kaş ki,...

İlk dəfə səni görərkən,
Sanki yenidən doğuldum,
Görüb səni aşiq oldum,
Aşiq olmayaydım kaş ki,...

Kaş ki,kaş ki,kaş ki,
Kaş kilər heç zaman bitmir.
Həyat insanı sevdirir,
Sevgi olmayaydı kaş ki,...

Kaş ki,azad olaydım mən,
Dənizdəki balığlar tək.
Kaş ki,sevə biləydim mən,
Günah olmayaydı gərək.

Həyat kaş kilərlə bitir,
İnsan sonsuz yolla gedir,
Yol yarıda sona yetir,
Bu yol olmayaydı kaş ki,...

Ürək çırpınır quş tək,
Bu ömrün qədrini bilək,
Biz yerində deyək-gülək,
Sonra deməyək kaş ki,...

Bununla sözümü edirəm tamam,
Bu sonsuz dünyaya böyük ehtiram.
Faustlardan başqa bizimlə qalan,
Xoşbəxtlik olaydı xatirə kaş ki,...
16 avqust 2007- ci il.