
Qəlb arzusu
Bir ağ göyərçin olub,
Mavi səmada uçsam.
Könülləri oxşasam,
Hər şeydən uzaq olsam.
Uçan kəpənək olub,
Çiçəkləri qoxlasam.
Çəmən-çəmən hey uçub,
Dərələri bir aşsam.
Parlayan ulduz olsam,
Kainatda parlasam.
Bütün dərddən əzabdan,
Bircə qaçıb qurtulsam.
Bir azad insan olsam,
İstədiyimi etsəm.
Arzulara çatsam,
Yeni xəyallar qursam.
Hər gün yeni xəyalla,
Nurlu bir sabah açsam.
Bütün dərddən əzabdan,
Bircə qaçıb qurtulsam.
İstədiklərim olsa,
Həyat necə şən olar.
Hamı xoşbəxt dolanar,
Bu ürək rahat olar.
1 sentyabr 2007-ci il
Bir ağ göyərçin olub,
Mavi səmada uçsam.
Könülləri oxşasam,
Hər şeydən uzaq olsam.
Uçan kəpənək olub,
Çiçəkləri qoxlasam.
Çəmən-çəmən hey uçub,
Dərələri bir aşsam.
Parlayan ulduz olsam,
Kainatda parlasam.
Bütün dərddən əzabdan,
Bircə qaçıb qurtulsam.
Bir azad insan olsam,
İstədiyimi etsəm.
Arzulara çatsam,
Yeni xəyallar qursam.
Hər gün yeni xəyalla,
Nurlu bir sabah açsam.
Bütün dərddən əzabdan,
Bircə qaçıb qurtulsam.
İstədiklərim olsa,
Həyat necə şən olar.
Hamı xoşbəxt dolanar,
Bu ürək rahat olar.
1 sentyabr 2007-ci il
Комментариев нет:
Отправить комментарий