
İstərəm
Yenidən səninlə xəlvət görüşüb,
O həzin qoxunu almaq istərəm.
Gözəl gözlərinə doyunca baxıb,
Ömürlük səninlə qalmaq istərəm.
İstərəm,istərəm,səni istərəm,
Sən səslə yanına mən tez gələrəm.
Gələrəm görüşə səni görməkçün,
İsti sözlərini birdə duymaqçün,
Əgər səni sevmək böyük günahsa,
Səninçün həyatda ölmək istərəm.
Bilsəm ki,səsləsəm sən tez gələrsən,
Dünyaya hay çəkib səni səslərəm.
Həyatda qalmaqçün tək səbəbimsən,
Sənsiz mən ölməyi hər an istərəm.
Bilsəm ki,xəstəsən məni istirsən,
Mələklə dərmanın özüm gələrəm.
Gələrəm dərmanın özüm olaram,
Təki sən üzülmə sənlə qalaram.
Bilsəm ki,dərmanın mənim canımdır,
Tərəddüd etmədən qurban gedərəm.
Söylərəm dənizdə səni sevirəm,
Dənizin sahili sevdiyi kimi.
Təki sən sahil ol dənizi istə,
Dəniz\tək qəlbinə ləpə sərərəm.
Dənizəm dalğamın səs-küyü şeir,
Şeirlər ünvana çatmaq istəyir.
Öz sahilin tapıb doyunca görüb,
Ürəkdən onunla ölmək istəyir.
13 oktyabr 2007-ci il.
Yenidən səninlə xəlvət görüşüb,
O həzin qoxunu almaq istərəm.
Gözəl gözlərinə doyunca baxıb,
Ömürlük səninlə qalmaq istərəm.
İstərəm,istərəm,səni istərəm,
Sən səslə yanına mən tez gələrəm.
Gələrəm görüşə səni görməkçün,
İsti sözlərini birdə duymaqçün,
Əgər səni sevmək böyük günahsa,
Səninçün həyatda ölmək istərəm.
Bilsəm ki,səsləsəm sən tez gələrsən,
Dünyaya hay çəkib səni səslərəm.
Həyatda qalmaqçün tək səbəbimsən,
Sənsiz mən ölməyi hər an istərəm.
Bilsəm ki,xəstəsən məni istirsən,
Mələklə dərmanın özüm gələrəm.
Gələrəm dərmanın özüm olaram,
Təki sən üzülmə sənlə qalaram.
Bilsəm ki,dərmanın mənim canımdır,
Tərəddüd etmədən qurban gedərəm.
Söylərəm dənizdə səni sevirəm,
Dənizin sahili sevdiyi kimi.
Təki sən sahil ol dənizi istə,
Dəniz\tək qəlbinə ləpə sərərəm.
Dənizəm dalğamın səs-küyü şeir,
Şeirlər ünvana çatmaq istəyir.
Öz sahilin tapıb doyunca görüb,
Ürəkdən onunla ölmək istəyir.
13 oktyabr 2007-ci il.
Комментариев нет:
Отправить комментарий