
Sən olacaqsan
Ürəyim darıxır hey sənin üçün,
Gözlərim tələsir səni görməkçün,
Çox təəssüf xəyallar olmayacaq çin,
Bu qəlbim həmişə səni sevəcək.
Sevəcəm hər zaman,hər zaman səni,
İstəyim,tək arzum sən olacaqsan.
Qəlblərin dərmanı olsam da gülüm,
Qəlbimin dərmanı sən olacaqsan.
Sevginlə yaşayıb həyat sürmüşəm,
Səninlə sevməyi mən öyrənmişəm,
Bir damla sevgini dəniz bilmişəm,
Sevgimin sultanı sən olacaqsan.
Sevəcəm hər zaman bilki mən səni,
Bu sevən ürəyim durana kimi.
Həyatda gülşənim solana kimi,
Yaşama səbəbim sən olacaqsan.
11 oktyabr 2007-ci il
Комментариев нет:
Отправить комментарий