пятница, 2 мая 2008 г.


İnsan
Həm amansız,həm xeyirxah,
Bir möcüzədir insan.
Həm yaradır,həm dağıdır,
Bəzən bir cisimdir insan.

İnsanlar çox müxtəlifdir,
Həm sadə,həm mürəkkəb.
Sonsuz uzun yolla gedən,
Qoca sərvandır insan.

Həm kamil,həm nikbin,
Bəzən sakit,bəzən hirsgin,
Həm ağıllı və ya dəli,
Açılmamış sirdir insan.

Hirslənərkən vurur-yıxır,
Sakitikən qəlblər yaxır,
Gah dayanır,coşur-qaçır,
Sonsuz bir dənizdir insan.

Gözəlliklərin səbəbi,
Möcüzələrin məskəni,
Gələcəyin,gələcəyi,
Sonsuz kainatdır insan.

Hansı tərifi verək ki,
Bu insana aid olsun.
Nə söyləsək yenə azdır,
Vahid aksiomdur insan.
19 avqust 2007- ci il

Комментариев нет: