четверг, 24 апреля 2008 г.

Cavabsız sevgi.
Mənim yaşımda kimnən soruşsaq ki,sevgiyə inanırsan?Fikirləşmədən əlbəttə inanıram deyəcəkdir.O şəxslərdən fərqli olaraq mən inanmıram.Bu inamsızlığa səbəb isə bir müddət bundan əvvəl şahid olduğum hadisədir.
Bu hadisə isti yay günlərindən birində hələ də sevginin nə olduğunu bilməyən,bütünlüklə özünü kitablara həsr edən bir gənc qızın qaranlıq həyatında baş vermişdir.Bu qız həssas olduğu
qədər,həm də çox mürəkkəb bir təbiətə malik idi.Onun tanışları çox olsa da,o,ürəyini heç kəsə açmırdı.O,hamıdan qaçsa da,insanlardan bezsə də,dənizdən heç ayrılmırdı.Bir tərəfdən onun qeyri-adiliyinə səbəb lal olması idi.Elə bir gün gəldi ki,onun bu qaranlıq dünyasına sevgi işıq saçdı.
Bir gün adəti üzrə yenə yuxudan durduqdan sonra dəniz kənarına gəldi.Həmişəki kimi dəniz yenə də çox gözəl əhval-ruhiyəyə sahib idi.Amma ,o, indi burada tək deyildi.Gözlərini dəniz dalğalarına dikib rəsm çəkən gənc oğlan onun diqqətindən heç yayınmadı və bir an yerindən tərpənmədən oğlana baxdı.Gənc isə öz aləmində rəsm çəkirdi.Nəhayət,gənc oğlan işlərini bitirdi;əşyalarını yığıb getmək istədikdə birdən gözləri qıza sataşdı və onun üzündə soyuğ təbəssüm göründü.Qız isə gözlərini oğlana zilləmiş elə bil başqa bir aləmə düşmüşdü.Gənc ona yaxınlaşdı sahildə kiməsə rast gəldiyi üçün şad olduğunu bildirdi və təbii ki, onun kim olduğunu soruşdu.Qız isə heç bir söz söyləmədən oğlanın üzünə baxırdı.Bir anlıq ona elə gəldi ki,qız onu eşitmir. Həqiqətdə isə qız onu çox gözəl eşidirdi,lakin ürəyindən keçənləri ona heç cürə çatdıra bilmirdi.Gənc ona çoxlu suallar verir,qızın lal olduğunu isə heç başa düşmürdü.Qız donub qalmışdı,çünki bu vaxta qədər o dənizdə heç kəslə rastlaşmamışdı.Nəhayət,gənc başa düşdü ki, qız laldır.Onun suallarına cavab verməməsi də elə bu səbəbdəndir.Gənc işarələrlə bildirdi ki,o lallarla ünsiyyət saxlaya bilir və narahatçılığa heç bir səbəb yoxdur.Qəribədir ki,qız hələ də nə edəcəyini bilmirdi.Onun içərisindən qəribə bir hiss keçdi və o özünü ələ alaraq lal olduğunu təsdiqlədi.İndi oğlan daha çox sevinirdi,çünki qız onun xoşuna gəlirdi.Beləliklə,qız get-gedə daha çox şey anlatmağa başladı.O,gəncin haradan gəldiyini,nə işlə məşğul olduğunu bilmək üçün tələsirdi.
Əvvəli belə soyuğluqla başlayan iki gəncin münasibəti getdikcə daha da istiləşirdi.Onlar bir-birlərini çox gözəl başa düşür və hər gün dəniz kənarında bir yerdə gəzirdilər.Qızın gözəl təbiəti və düşüncələri rəssam oğlanın çəkdiyi şəkillərə təsirsiz ötüşmürdü.Qız getdikcə oğlana daha çox diqqət yetirir,gününü onsuz təsəvvür edə bilmirdi.Amma o bilmirdi ki,bu diqqət,bu sevgi qarşılıqlı deyil.Qız oğlana nə qədər hörmət edirdisə,oğlan da ona bir o qədər qayğı göstərirdi. Lakin bir dost kimi,çünki oğlanın sevgi dünyasına başqa bir günəş işıq saçırdı.Onun öz sevgilisi vardı.Burada isə öz diplom işini bitirməkçün qalırdı.Bu diqqətin,bu qayğının bir sonu olmalı idi, lakin heç kim bu haqda fikirləşmirdi.Vaxt gəlib yetişdi qız bir gün ürəyini açmaq oğlana yaxınlaşdı və oğlanin sevindiyini görüb təəccübləndi.Artıq gec idi o hər şeyi anlatsaydı da heç nə dəyişməyəcəkdi.Oğlan sevinirdi qız isə donub qalmışdı.Bu sevincə səbəb isə oğlanın öz sevdiyi qızla barışması idi.Qız böyük maraqla olanlardan xəbər tutmaq istəyirdi.Oğlanın sözləri lap yerinə düşdü.O,bütün olanları qıza anlatdı və onu da bildirdi ki,bir müddətdən sonra öz vətəninə qayıdır.Buna görə də hazırlıq görməlidir.Qız isə artıq heç nə anlatmadı,çünki artıq gec idi.Bir həqiqət də var idi ki,qız ona neçə dəfələrlə öz hisslərini anlatmağa çalışmışdı,amma oğlan zarafat kimi qəbul etmişdi.Buna görə də qız əzab çəkirdi və nə edəcəyini bilmirdi.
Oğlan nə baş verdiyini anlamaq istəsə də heç nə başa düşmürdü.Ən çətini isə qız artıq ona heç nə anlatmaq istəmirdi.Beləliklə,vaxt gəlib çatdı,oğlan öz diyarına getmək üçün tam hazır idi. Bu müddət ərzində o dənizlə vidalaşmaq istəyirdi.Maraqlısı isə qız onun gözünə görsənmirdi. Bütünlüklə dənizə bağlı olan qızı ,o, heç dənizdə də görmədi. O,qızı nə qədər axtardısa tapa bilmədi və evə qayıtdı.O,qızı sevməsə də onu çox istəyirdi,qızla vidalaşmayıb getmək isə çox pis olardı.Oğlan evə qayıtdı,əşyalarını götürüb getmək istədikdə qızı gördü.O,qızın yoxa çıxmasının səbəbini soruşdu və getməyə hazırlaşdığını bildirdi.Qız isə heç nə etmədi əlindəki məktubu ona verdi və burdan uzaqlaşdıqdan sonra oxumasını xahiş etdi.
Beləliklə,oğlan öz diyarına yola düşdü.O,hələ də nə baş verdiyini başa düşmürdü.Nəhayət,vaxt yetişdi,o,mektubla tanış oldu.O,indi her şeyi bilirdi,amma çarəsiz idi.Geriyə də qayıda bilməzdi.Nə etməli,onsuz da heç nə dəyişməyəcəkdi.Lap geri qayıtmalı olsa da onun öz sevdiyi vardı.Beləliklə, o, öz işləri ilə məşğul olmağa başlamışdı,artıq qız haqqında fikirləşmirdi.Amma arabir yadına düşdükdə kədərlənirdi və bir xatirə kimi unutmağa çalışırdı.Əvvəllər unutmağa çalışdığı bu xatirə sonradan onun heyatının mənasına çevrildi. Qərara aldı ki, həmin yerə qayıtsın.Lakin vaxt imkan vermədi,buna görə də o gəlmədi.Gəlsəydidə heç nə dəyişməyəcəkdi,çünki qızın ona olan sevgisi artıq ölmüşdü.O,başqa bir oğlanı sevirdi və sevdiyi şəxslə çox xoşbəbt idi.
Günlər keçdi,il dolandı oğlan yenidən həmin yerə gəldi.Artıq indi onun nə sevdiyi qız nə də ki,diplom işi vardı.İndi o bura qıza olan sevgisini bildirməkçün gəlmişdi.Amma gec idi,çünki qız öz sevdiyi şəxslə ailə həyatı qurmuşdu.Qız çox xoşbəbt idi,buna görə də oğlan ondan üzr istəsəydi də,yalvarsaydı da heç vaxt qız oğlanı bağışlamayacaq və sevdiyi şəxsdən ayrılmayacaqdı.Elə buna görə də oğlan şahid olduğu hadisələrdən sonra qıza heç bir söz demədi.O,öz diyarına yollandı və anladı ki,sonrakı peşmançılıq fayda vermir.
Hə,mənim əzizlərim,çalışın sevdiyiniz zaman sevginiz qarşılıqlı olsun,bax o zaman xoşbəxt olarsınız.Sevginizin qədrini bilin!!!
6 mart 2007-ci il.

Комментариев нет: