четверг, 24 апреля 2008 г.





Ürək
Dəniz dalğası tək hey çırpınırsan,
Mənimlə hər dərdə sən qatlanırsan,
Bəzən sakit olur,bəzən qaşırsan,
Bu əzabları çəkmək rəvamı ürək.

Yenə də səninlə qaldım baş-başa,
Sən qapı deyilsən hər gələn aça,
Mən sənə dün taxdım yoğun bir haça,
Bağışla sən məni,bağışla,ürək.

Mənim səndən başqa bir kimsəm də yox,
Sənsizlik qəlbimə sancılan bir ox,
Biz səninlə çəkdik dərdlər bir çox,
Ay başı bəlalı,həmdəmim,ürək.

Səninlə qəlbimə rahatlıq gəlir,
Sənsiz olan bu qəlb gör nələr çəkir,
İnsanlar səninlə dərd biçir,əkir,
Dünya yaşadıqca sən varsan,ürək.

Dənizdə dalğalar çırpınır sən tək,
Hər kəs səninlə dost olsun gərək,
Hər an xoçbəxt olsun dənizlə ürək,
Unutma bizləri yaşa ,ay ürək.
7 iyul 2007 –ci il.

Комментариев нет: