
Parlaq ulduzum
Yenə də səninlə qaldım baş-başa,
Ay mənim sehirli,parlaq ulduzum.
Sevgi mesajını gəl yazaq aya,
Ay mənim sevdalı,parlaq ulduzum.
Sən də mənim tək bu gün yalnızsan,
Nə edək cəzanı bu cür almısan,
Bəyəm günahmıdır sən sevdalısan,
Ay mənim ərköyün,parlaq ulduzum.
Bayaq gördüm səni çox kədərliydin,
Sanki,həyatdan bezmiş kimiydin,
Kaş ki,mən dərdini bilə bileydim,
Ay mənim həmdəmim,parlaq ulduzum.
Paho nə pis oldu gur yağış yağdı,
Buludlar dinmədən üstünü aldı,
Bu kainat üçün qısa vüsaldı,
Sən kefini pozma,parlaq ulduzum.
Sən heç üzülmə yenə gün batar,
O sonsuz səmaya şəffaf ay çıxar,
Bütün olanları ürək unudar,
Biz xoşbəxt olarıq,parlaq ulduzum.
Xoşbəxtlik yenə də qanad çalacaq,
Bizim qəlblərimiz birgə vuracaq,
Dəniz öz yarıyla xoşbəxt olacaq,
Sən səmada parla,parlaq ulduzum. 18 iyul 2007- ci il.
Yenə də səninlə qaldım baş-başa,
Ay mənim sehirli,parlaq ulduzum.
Sevgi mesajını gəl yazaq aya,
Ay mənim sevdalı,parlaq ulduzum.
Sən də mənim tək bu gün yalnızsan,
Nə edək cəzanı bu cür almısan,
Bəyəm günahmıdır sən sevdalısan,
Ay mənim ərköyün,parlaq ulduzum.
Bayaq gördüm səni çox kədərliydin,
Sanki,həyatdan bezmiş kimiydin,
Kaş ki,mən dərdini bilə bileydim,
Ay mənim həmdəmim,parlaq ulduzum.
Paho nə pis oldu gur yağış yağdı,
Buludlar dinmədən üstünü aldı,
Bu kainat üçün qısa vüsaldı,
Sən kefini pozma,parlaq ulduzum.
Sən heç üzülmə yenə gün batar,
O sonsuz səmaya şəffaf ay çıxar,
Bütün olanları ürək unudar,
Biz xoşbəxt olarıq,parlaq ulduzum.
Xoşbəxtlik yenə də qanad çalacaq,
Bizim qəlblərimiz birgə vuracaq,
Dəniz öz yarıyla xoşbəxt olacaq,
Sən səmada parla,parlaq ulduzum. 18 iyul 2007- ci il.
Комментариев нет:
Отправить комментарий