понедельник, 28 апреля 2008 г.


Qorxuram
Mən elə düşünürdüm ki,
Bir daha sevə bilmərəm.
Sən demə insan nə qədər,
Yaşayırsa o qədər sevər.

Bəzən səni görməyəndə,
Darıxıram sənin üçün.
Elə ki,səni görürəm,
Olursan yad bu qəlbimçün.

Məni sevdiyini sən söyləyərkən,
İçimdə bir dalğa tufan qoparır.
Aldanmaqdan qorxduğumçün,
Sözlərim qəlbimdə qalır.

Sözlərimi söyləməkçün,
Bəzən cəsarət tapmıram.
Sənin sevən gözlərinə,
Mən baxmaqdan hey qorxuram.

Mən qorxuram aldanmaqdan,
Yeni səhflər buraxmaqdan,
Yenə sevib aldanmaqdan ,
Bu dünyadan mən qorxuram.

Bilirsən niyə qaçıram?
Hər zaman səni görərkən,.
Çünki sevməkdən qorxuram,
Lap ölümdən qorxan kimi.

Sevmək ölümdən çətindir,
Atılmaq sanki ölümdür,
Unudulmaq ölümümdür,
Səni sevməkdən qorxuram.

Qorxuram səni sevməkdən,
Bir daha ölüb getməkdən,
Bu həyatdan küsməkdən,
Atılmaqdan mən qorxuram.

Sənsiz yaşaya bilmirəm,
Ümid edim ki,sevərəm.
Yəqin ki,başa düşərsən,
Səni itirməkdən qorxuram. 30 iyul 2007 ci-il

Комментариев нет: