четверг, 24 апреля 2008 г.



Səni anaram
Səni anaram ey sevgilim,
Hər yerdə,hər məkanda.
Həmişə mənimləsən,
Bu sonsuz asimanda.

Səndən mənə qalan yalnız,
O şirin xoş sözlərindir.
Bu sözləri mən hər zaman,
Xatırlar səni anaram.

Sənsiz heç bu dənizin də,
Bir mənası qalmayıb.
İndi sahildə tək-tənha,
Dayanmış səni anıram.

Ürəyim,heç bilirsənmi?
Sənsiz həyat nəyə bənzər.
Boşluqlarda sənlə gözəl,
Hər zaman səni anaram.

Artıq şam da yanıb sönür,
Mən şam olmaq istəmərəm.
Sənin vuran qəlbin olub,
Sənin üçün döyünərəm.

30 mart 2007 -ci il.

Комментариев нет: