пятница, 25 апреля 2008 г.


Xatirələr
Xatirələr,xatirələr,
Bizləri rahat buraxmır.
Unudulmuş xatirələr,
Bəzən bizdən qisas alır.

Ölümdən kədərlidir,
Bu əzablı xatirələr.
Hər zaman bizi izləyir,
İztirablı xatirələr.

Ölüm də heç bu qədər,
İnsana əzab vermir.
Kaş ki,məni tərk ersə,
Xoşagəlməz xatirələr.

Xatirələrdən yazsaq,
Kitab bizə azlıq eylər.
Bir ömrün ağrı payıdır,
Əzablı verən xatirələr.

Xatirələr bizimlə,
Hər dəqiqə fırlanır.
Ölərkən də bizimlədir,
Həmişəlik xatirələr.

Tanrım nə olar bir gün,
Xoşbəxt bir xatirə dadsaq.
Yaddaşlara həkk olaraq,
Qalsın bizə xatirələr.

Mən ümidlə yaşayıram,
İnşallah xoşbəxt olarıq.
Xatirimizdə canlanar,
O dənizli xatirələr.
17 iyul 2007
-ci il.

Комментариев нет: