четверг, 24 апреля 2008 г.




Sevgi
Sevgi bir yuxudur hamı görəcək,
Bu bulaq suyundan hamı içəcək.
Bir zaman vaxt gələr sən də sevərsən,
Sevginin qədrini onda bilərsən.

Sevgi bir dünyadır gəzməklə bitməz,
Sevgisiz ürəkdə güllər yetişməz.
Sən də sevginənki,xoşbəxt olasan,
Sevinclə yaşayıb həyat qurasan.

Sevgi bir dənizdir ucsuz-bucaqsız,
Onu yaşayan şəxs qalmaz sevdasız.
Bu dənizə baş vur,aşiq olki sən,
Xoşbəxt yaşayaraq ömür sürəsən.

Sevgi bir kainat sonsuz səmadır,
Onun sakinıəri ay-ulduzlardır.
Ulduzlar sonsuzdur ürəkdə eşq tək,
Eşqi yaşadan da biz insanlarıq.

Hər ürəkdə bir sevgi var,
Sevgi sonlu,sevgi sonsuz.
Bu sevgini yaşayan şəxs,
Qalmaz bir saniyə onsuz.

Bakı.29 avqust 2006- cı il.

Комментариев нет: