четверг, 24 апреля 2008 г.



Qəlb çırpıntısı
Xəyallar aparır məni o günlərə,
Qəlbimdə bir dalğa tufan qoparır.
Unutmağ istədiyim həmin o xatirə,
Gözlərim önündə yenidən canlanır.

Mən səni unutmağ istəmirəm yox,
Sən hər an qəlbimdə yaşayacaqsan.
Həmin o günlərdən illər ötsə də,
Hər zaman fikrimdə canlanacaqsan.

O gözəl gözləri,isti sözləri,
Ürəyim unutmağ asan işdirmi?
Sevgi andlarını hələ demirəm,
Sevəni unutmağ günah deyilmi?

Gör nə gözəl günlər yaşamışığ biz,
Rəvamı o günü biz tez unudağ.
Ürəyim hər qəlbin çırpındığında,
Bu qəlbim səninlə birgə vuracağ.
7 iyul 2007- ci il.

Комментариев нет: