четверг, 24 апреля 2008 г.
Nakam sonluq
Nakam sonluq
Ilk məhəbbət şirin olur,
Yuxudakı röyalar tək.
Röyalar çin olan zaman,
Şirin dönüb acı olur.
Yuxuya inanmaq olmaz ,
Çünki yuxular çin olmur.
Gerçəkliklə sən də barış,
Həyat gerçək bir yuxudur.
Sənin gözlərin nur saçır,
Dənizdəki dalğalar tək.
Qumlar üstə bir qəlb çəkir,
Hey sevinir bir ümman tək.
Sən mənim bir həyatımsan,
Bu həyat bir vaxt bitəcək.
Qızılgüllər solan zaman,
Kədər baxıb sevinəcək.
Ah ürəyim nə edimki?
Sən durmadan döyünursən.
Məni yaşadan sənsən,
Sən olmasan mən neylərəm?
İkinci həyat olsaydı,
Mən ümidlə yaşayardəm.
Nə edimki,həyat belə,
Başdan-başqa bir xülyadır.
Həm sevincim,həm də qəmim,
Bu dünyada cəmləşəcək.
Onlar toplu bir sonluq tək,
Mənə adlar yüksəldəcək.
Mən coşğun bir dənizəm,
Bu sözləri düşünürəm.
Düşünmək bir gözəllikdir,
Əlvida dünya mən gedirəm.
Bakı.28 avqust 2006-cı il.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий